Menu

BMW zavodlarını bağlayır - Koronavirusa görə

19.03.2020, 20:28
BMW zavodlarını bağlayır - Koronavirusa görə

Dünya üzrə iqtisadiyyat pisləşir, zavodlar bağlanır.

BMW-nun rəhbəri Oliver Zipse bildirib ki, Avropadakı və Cənubi Afrikadakı zavodlarını aprelin 19-na qədər bağlayır və istehsalı məhdudlaşdırır.

Zipse deyib ki, məqsəd öz işçilərini koronavirusdan qorumaqdır. 

Zipse 2008-2009-cu illərdə qlobal iqtisadi böhranı yada salır və deyir ki, onlar hətta ən çətin vəziyyətlərdə belə özgüvəni itirməyiblər. Qlobal maliyyə bazarları da təlatümlüdür. Avropa indeksləri 3 faiz düşüb. İnvestorlar ABŞ-da iqtisadi tənəzzül proqnozlaşdırırlar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol