Menu

“Nyu Sfera” Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb – Şirkətin təsisçisi sahibkarları icarə haqqı ödəməkdən azad edib

24.03.2020, 13:36
“Nyu Sfera” Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb – Şirkətin təsisçisi sahibkarları icarə haqqı ödəməkdən azad edib

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Nyu Sfera” Şirkətlər Qrupu tərəfindən də dəstək göstərilib.

“AzPolitika.info”nun məlumatına görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Bir olaq, dəstək olaq” çağırışına qoşulan “Nyu Sfera” Şirkətlər Qrupu koronavirusla mübarizə məqsədilə Fonda 20 min manat vəsait köçürüb.

Bundan əlavə “Nyu Sfera” Şirkətlər Qrupunun təsisçisi İman Quliyev tapşırığı ilə qrupa məxsus Ticarət Mərkəzində, ictimai və turizm sektorlarında çalışan işçilərin əmək haqlarının əvvəlki qaydada ödənilməsi barədə qərar verilib.

Eyni zamanda “Nyu Sfera” Şirkətlər Qrupunun təsisçisi İman Quliyev “Xalqlar Dostluğu” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarları bir ay müddətinə icarə haqqı ödəməkdən azad edilməsi haqda qərar verib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol