Menu

Qvardiola koronavirusla mübarizəyə 1 milyon avro ayırdı

25.03.2020, 01:09
Qvardiola koronavirusla mübarizəyə 1 milyon avro ayırdı

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola koronavirusla mübarizəyə 1 milyon avro yardım edib.

"Report"un "Evening Standard"a istinadla verdiyi məlumata görə, ispaniyalı mütəxəssis COVID-19 pandemiyası müddətində lazımi sanitar materalları almaq üçün pul toplayan Barselona Tibb Kollecinə vəsait göndərib. Alınmış bütün əşyalar Kataloniya ərazisindəki klinikalara yönəldiləcək.

Qvardiolanın ödənişinədək 33 min avro toplanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol