Menu

Böyük Britaniyanın Baş naziri koronavirusa yoluxub

27.03.2020, 15:31
Böyük Britaniyanın Baş naziri koronavirusa yoluxub

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Baş nazirin COVID-19 testi pozitiv çıxıb.

Məlumata görə, Baş nazir vəzifəsinin icrasını karantin vəziyyətində davam etdirəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Şahzadə Çarlzın da koronavirusa yoluxduğu açıqlanıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol