Menu

Çin Mərkəzi Bankı uçot dərəcəsini endirib

30.03.2020, 10:23
Çin Mərkəzi Bankı uçot dərəcəsini endirib

Çin Mərkəzi Bankı (PBOC) koronavirusun ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün uçot dərəcəsini 0,2 faiz bəndi azaldaraq 2,2%-ə endirib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bu, ötən ilin noyabr ayından bəri Çində 3-cü faiz endirimidir.

“Çin pul siyasətini yumşaltmaq üçün geniş imkanlara malikdir. Uçot dərəcəsini endirərkən ölkədə yenidən fəaliyyətə başlayan şirkətləri, qlobal koronavirus epidemiyasını və dünya iqtisadiyyatındakı mənfi tendensiyaları nəzərə aldıq”, – PBOC sədrinin müşavirlərindən biri Ma Jun bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol