Menu

Almaniyada koronavirusdan ölənlərin sayı 455 nəfərə çatıb

30.03.2020, 10:50
Almaniyada koronavirusdan ölənlərin sayı 455 nəfərə çatıb

Almaniyada koronavirusdan son sutka ərzində 66 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı martın 30-da Robert Kox adına İnstitut yayıb.

Məlumata görə, son sutka ərzində 4 751 nəfər virusa yoluxub. Bununla da ölkədə koronavirus daşıyıcılarının sayı 57 298 nəfərə çatıb.

Almaniyada koronavirusdan 455 nəfər ölüb.

Yoluxma faktı daha çox Bavariya, Şimali Reyn-Vestfaliya, Baden-Vürtemberq və Berlində qeydə alınıb.

Qeyd edək ki, ötən gün infeksiyaya yoluxanların ümumi sayı 52 547, ölənlərin sayı isə 389 nəfər idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol