Deputatlar Milli Məclisin iclasına tibbi maska ilə gəlib

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir. “Report” xəbər verir ki, yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar.

İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər.

İclasda əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

635x100

Şərhlər

Gulsən 2020-03-30 11:45:09

Görəsən maskanı hardan alıblar niyə onlar ala bilir biz yox heç harda maska yoxdur

BAKILI 2020-03-30 11:20:56

Bunlar korona yox yaltagliq virusu yayirlar

Son yazılar