Koronovirus epidemiyasına görə xaricdən ölkəyə qayıdan minlərlə vətəndaşımız məcburi karantinə yerləşdirilib. İnsanların sayının çoxluğu ilə əlaqədar bəzən karantin şəraiti ilə bağlı narazılıqlar da baş qaldırır.
Amma Lerik rayonundakı “Relax” istirahət mərkəzində karantinə alınmış vətəndaşlarımızın saxlanma şəraiti ilə bağlı hər hansı narazılıqları yoxdur. Burda onların bütün ehtiyacları yüksək səviyyədə qarşılanıb.
İstirahət mərkəzindən “AzPolitika”ya verilən məlumata görə, dünən Polşadan qayıdan daha bir qrup vətəndaşımız bura yerləşdirilib və onlar həkim nəzarəti altına alınıblar.
Karantini “Relax”da keçirən vətəndaşlarımızın əhval-ruhiyyələri də yüksəkdir.
Bunu aşağıdakı videodan da görmək olur.


Şərhlər