Rayonda karantində olanlar üçün dana kəsdi - Lerikli sahibkardan örnək addım

“Lerikli fermer Fərzəli Şahbazov “Relax” istirahət mərkəzinin rəhbərliyinə müraciət edərək karantində olan vətəndaşlarımızın qidalanmasından ötrü bir dana kəsib ətini bağışlamaq istədiyini söylədi”.

Modern.az xəbər verir ki, bu barədə deputat İqbal Məmmədov məlumat verib:

“Leriklilərin bu çətin vəziyyətdə dövlətimizə və insanlarımıza dəstək olması sevindiricidir. Mən bir millət vəkili olaraq bütün seçicilərim adından həmyerlimiz Fərzəli Şahbazova #GücBirlikdədir təşəbbüsünə qoşulduğuna görə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, sahibkarlar arasında ilk dəfə olaraq mart ayının 2-ci ongünlüyündə "Relax" istirahət mərkəzinin rəhbərliyi Nazirlər Kabineti yanında yaradılan operativ qərargaha müraciət edərək xaricdən gətirilən həmvətəndaşlarımızı burada karantinə yerləşdirilməsini təklif etmişdir. Təklifi yüksək qiymətləndirən operativ qərargah Türkiyə, Rusiya və Polşadan çarter reysi ilə ölkəmizə gətirilən soydaşlarımız "Relax" istirahət mərkəzində yerləşdirilərək onlara lazım olan bütün xidmətlər göstərilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar