Menu

Milli Məclis dövlət büdcəsinə yenidən baxacaq

01.04.2020, 09:51
Milli Məclis dövlət büdcəsinə yenidən baxacaq

Milli Məclisin yaz sessiyasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

“Report”un parlamentdən əldə etdiyi məlumata görə, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanunlara dəyişiklik layihələri də parlamentin müzakirəsinə təqdim olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol