Menu

Azərbaycanın bütün regionlarında koronavirusa yoluxma var

02.04.2020, 12:50
Azərbaycanın bütün regionlarında koronavirusa yoluxma var

"Bütün regionlarda yoluxma var. İnsanların test edilməsinə elmi əsaslarla yanaşmaq lazımdır".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, ÜST-ün test aparmaq üçün sənədi var, orada qeyd edilib ki, test kliniki simptomları olanlarda və yaxın təmaslarda aparılır: “Bütün ölkənin test olunmasının elmi əsası yoxdur, bununla bağlı heç bir tövsiyə də yoxdur. Təmaslarda ciddi problem yaşayırıq. Araşdıranda görürük ki, bir xəstə evdən çıxır, onun 4-5 gündə getdiyi yolu hesabladıqda baxırıq ki, onlarla insanla təmasda olub. Bir testi pozitiv olan adam azı 20-50 adamı yoluxdurur".

Şərhlər

t.ədalət 2020-04-02 21:00:32

Bu,yalan məlumatdır.Fövqəladə vəziyyət elan etmək üçün belə deyirlər.

omer 2020-04-02 13:33:13

hec olmasa pullu test olsun.kim istese yoxlanilsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol