SMS müraciətlərində gecikmələrə aydınlıq gətirilib

"SMS müraciətlərində gecikmələrlə bağlı müxtəlif səbəblər ola bilər".

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyev deyib.

O bildirib ki, müxtəlif yeni və köhnə nəsil telefon modellərinin tənzimləmə məhdudiyyətləri, bəzi şəxslərin lüzumsuz yerə dəfələrlə sistemə müraciət etməsi nəticəsində şəbəkənin yüklənməsi və mobil qurğularla bağlı digər bu kimi texniki səbəblər ola bilər: "Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur. Evdən çıxarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin üzərində olması mütləqdir.

SMS sistemi hazırda tam dayanıqlı və təhlükəsiz vəziyyətdə çalışır. Hər hansı problem yaranacağı təqdirdə vətəndaşlar dərhal bu barədə və hansı addımların atılmalı olduğu haqda məlumatlandırılacaqlar".

635x100

Şərhlər

Sameddin 2020-04-06 09:14:43

1.2.3 bindan basqa zeruri ehtiyaclo sexslerde var axi bu duzgun deyil.misal atsi anasi tek ayri yasayan aileler var ogul olaraq valideyne bas cekilmelidir.bu sisdemde qeyd olunmuyub burda bir elave bölum yaradilmalidir.4 diger muraciüt orda ise vetendas öz problemini bildirmelidir bu qayda cox menasizdir biri.onlayn fealiyet gosderir onuncun bir serait yaradilmalidir.insanlari cerimelemekle hecne elde etmek olmaz.insan rahattciliqi ucun serait yaradilmalidir.

Son yazılar