AZƏRBAYCANDA DAHA 105 NƏFƏRDƏ KORONAVİRUS AŞKARLANDI - "Tədbirlər sərtləşdirilə bilər"

"Ötən bir həftə ərzində pozitiv və neqativ hallar baş verib. Bugünkü brifinqdə də bu barədə məlumat verəcəyik". “Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, yoluxmalarla bağlı pozitiv məlumatlar azdır: "Bu gün ölkədə 105 koronavirusa yoluxma faktı qeydə alınıb".

Azərbaycanda bu günə qədər koronavirus infeksiyasına yoluxanların sayı da açıqlanıb.

Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.

"Karantin rejimi üçün ayrılan tibb müəssisələrində mövcud süni tənəffüs çatışmazlığı aparatları və digər avadanlıqlar daim yoxlanılır". Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər hansı problem varsa dərhal aradan qaldırılması üçün lazımi addımlar atılır:"Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa o zaman vəziyyət pisləşəcək. Çünki təcrübə göstərir ki, belə xəstələr daha çox ölür. Ağır halların baş verməməsi üçün qoyulan karantin qaydalarına ciddi əməl etmək lazımdır".

TƏBİB sədri bildirib ki, 105 nəfər arasında 1 nəfər yaşlı qadın daha ağırdır: "Həmin qadın onkoloji xəstədir".

"Karantin müddətinin artırılması vəziyyətin gedişatından asılıdır". Bunu isə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəqəmlər artsa və qaydalara əməl edilməsə karantin müddəti uzadıla bilər: "Hətta bugünkü şərtlər daxilində nəinki müddət uzadıla eyni zamanda tədbirlər daha da sərtləşdirilə bilər."

O bildirib ki, bəzən savadlı şəxslər də qaydaları da pozur: "Külli miqdarda saxta icazələrlə küçədə gəzənlərin sayı artır".

635x100

Şərhlər

t.ədalət 2020-04-08 22:52:18

Əgər yoluxma artırsa,deməli Hakimiyyət xarici ölkələrlə ticarət əlaqələrinə tam son verməmişdir.Azərbaycan ərazisinə xaricdən daşınan yüklər dayanmazsa,virus problemi bitməyəcək.

Son yazılar