Menu

Bakıda yeni doğulmuş körpədə və anasında koronavirus aşkarlandı - VİDEO

13.04.2020, 21:50
Bakıda yeni doğulmuş körpədə və anasında koronavirus aşkarlandı - VİDEO

Təcili yardım briqadasının getdiyi çağırışda 3 gün əvvəl dünyaya uşaq gətirən anada və onun körpəsində koronavirusun olduğu müəyyən edilib.

"Xəzərxəbər"in məlumatına görə, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Baş həkimin sözlərinə görə, hazırda həmin ana və uşaq müalicə alır.

Rauf Nağıyev bildirib ki, təcili yardım stansiyalarına xəstəliklə bağlı mütəmadi zənglər daxil olur və briqadalar xüsusi geyimlərdə ünvanlara gedirlər.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol