Dünyada koronavirus qurbanlarının sayı 130 712 nəfərə çatıb.
“Report” xəbər verir ki, ən çox ölüm hadisəsi ABŞ (26 069), İtaliya (21 645), İspaniya (18 579) və Fransada (15 729) qeydə alınıb.
Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 2 035 000-i ötüb.
Eyni zamanda bu günədək 503 386 nəfər koronavirusdan sağalıb.
Dünyada koronavirusdan sağalanların sayı 503 386 nəfərə çatıb.
Ən çox sağalma Çin (77 816), Almaniya (72 600) və İspaniyada (70 853) qeydə alınıb.
Hazırda dünyada pandemiya qurbanlarının sayı 130 000-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 2 035 000-dən çoxdur.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Şərhlər