Menu

İspaniyada koronavirusa yoluxanların sayı 200 000-i ötdü

20.04.2020, 13:41
İspaniyada koronavirusa yoluxanların sayı 200 000-i ötdü

İspaniyada ötən sutka 399 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 20 852-yə çatıb.

Bundan başqa, ölkədə daha 4 266 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, İspaniyada infeksiya daşıyıcılarının sayı 200 210-a yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol