Menu

Azərbaycanda bu həftədən karantin rejimindən çıxış planı hazırlanacaq

20.04.2020, 22:30
Azərbaycanda bu həftədən karantin rejimindən çıxış planı hazırlanacaq

“Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq”. “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində deyib.

“Hazırda bununla bağlı bizə iki əsas prinsip məlumdur: Mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır. Karantindən çıxış isə mərhələli şəkildə həyata keçiriləcək. Biz artıq mayın 4-də mart ayındakı situasiyaya qayıtmacağıq. Bu gözlənilmir. Bu barədə artıq fikir ayrılığı yoxdur və qərar qəbul olunub.

Hansı mərhələlərin daha tez yumşalmağa başlanılması və ardıcıllığı müzakirə olunur. Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaq və bu, qarşıdan gələn günlərdə ictimaiyyətə elan ediləcək”, - deyə İ.Məmmədov bildirib.

Şərhlər

Emin 2020-04-21 10:15:19

.... KÖRƏK DAHA HANSI FƏSADLAR GƏTİRƏ BİLƏRSİNİZ. aCLIQDAN VƏ İŞSİZLİKDƏN XALQ MƏHVƏ SÜRÜKLƏNİR.

t.ədalət 2020-04-21 09:12:43

İnşəllah,bu gərəksiz ,uşaqların "evcik-evcik" oyununa bənzəyən karantindən canımız qurtulsa ev həbsində qazandığımız ağır xəstəliyin fəsadlarından xilas olarıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol