Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 74 nəfər sağalaraq evə buraxılıb.
“AzPolitika” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü açıqlamasında bu barədə məlumat verilir.
Məlumatda həmçinin bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş vəfat edib.
“Hazırkı dövrədək ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 865 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparılmışdır”, Operativ Qərargah bildirir.

Şərhlər
Bu yoluxma,güman ki xaricdən ölkəmizə gələnlərin hesabına artır.Bunu açıq yazmaq lazımdır.Yoxsa,dost-tanış hesabına sorğu aparıb görürük ki,şükür Allaha,heç yerdə ölüm-filan yoxdur.Xarcdən gələn vətəndaşlarımızla əlaqədar vəziyyəti,yəni yoluxma barədə dürüst məlumat verilməlidir.