Menu

Milli Qəhrəman Albert Aqarunovun doğum günü qeyd edilib - FOTO

25.04.2020, 16:16
Milli Qəhrəman Albert Aqarunovun doğum günü qeyd edilib - FOTO

Bu gün Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Gənclər və İdman İdarəsinin fəal gəncləri Milli Qəhrəmanın heykəlinin önünə əklil qoyaraq xatirəsini yad ediblər.

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakı şəhərində anadan olub. O, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmiş, dəfələrlə düşmənin zirekli tanklarını və digər qüvvələrini məhv etmişdir.

Ermənilər tərəfindən A.Aqarunovun başına külli miqdarda pul qoyulmuşdur. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

2019-cu ildə Nərimanov rayonu ərazisində Milli Qəhrəmanın 50 illik yubileyi münasibəti ilə adını daşıdığı küçədə heykəli qoyulmuşdur. Eləcə də, 2019-cu ildə Rayon Gənclər və İdman İdarəsi tərəfindən Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş sambo idman növü üzrə turnir keçirilmişdir.

Şərhlər

Elli 2020-04-25 16:45:48

Allah rəhmət eləsin!

Elli 2020-04-25 16:44:59

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol