Azərbaycan Respublikasında 33 koronavirus infeksiyasına yeni yoluxma faktı qeydə alınıb, 23 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.
"AzPolitika.info" xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü məlumatında belə deyilir.
Məlumatda həmçinin bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü vətəndaş vəfat edib.
"Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1162 nəfər müalicə olunaraq sağalmış, 22 nəfər vəfat etmiş, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılmışdır", - Operatov Qərargah bildirir.

Şərhlər