Menu

“Çin koronavirusla bağlı məlumatları gizlətməyə davam edir” - Pompeo

29.04.2020, 18:55
“Çin koronavirusla bağlı məlumatları gizlətməyə davam edir” - Pompeo

ABŞ Dövlət katibi Mayk Pompeo ölkəsinin Çindəki laboratoriyalarla bağlı narahatlıq keçirdiyini bildirib.

APA-nın xəbərinə görə, ABŞ Dövlət katibi "Fox News" kanalına müsahibəsində deyib ki, dünya yeni növ koronavirus (COVID-19) infeksiyasının necə meydana çıxması ilə bağlı daha dərin informasiyaya ehtiyac duyur.

“Sizə deyə bilərəm ki, Çindəki laboratoriyalarla bağlı real narahatlıqlarımız mövcuddur. Mən hələ də Çin Kommunist Partiyasının laboratoriyalarda baş verənləri bizə izah etməməsindən narahatam”, - deyə M. Pompeo vurğulayıb.

Dövlət katibi Çin hökumətinin virusla bağlı məlumatları gizlətməyə davam etdiyini və ABŞ mütəxəssislərinin ölkəyə girişinə icazə verməyəcəyini qeyd edib: “Mütəxəssislərimizin hadisə yerinə getməsi üçün göstərdiyimiz bütün səylərə baxmayaraq, onlar hələ də hər şeyi gizlətməyə davam edirlər. Bu, yanlışdır və dünyaya təhlükə yaratmağa davam edir. Bizim hamımız orada baş verənləri dərindən bilməliyik”.

Şərhlər

Elli 2020-04-29 19:21:28

Doğrudan da narahatçılığa əsas var. Allah ləğv eləsin koronanı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol