Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı Azərbaycan Respublikasında 77 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 15 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1551 nəfər müalicə olunaraq sağalmış, 28 nəfər vəfat etmiş, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılmışdır.

Şərhlər
Sabah da yazarsınız ki,yüz nəfər yoluxub.Artıra-artıra gedirsiz.
Bu lap ağ oldu.Hansı məqsədləsə real vəziyyət şişirdilir.Artıq hamı bilir ki,hakimiyyət vəziyyətdən suii istifadə edir.Axı,nə vaxtdan xalqın sağlamlığı ilə əlaqədar belə addım atılıb?Şəkər xəstələrinin dərmanları ildən-ilə ucuz və təəsirsiz dərmanlarla əvəz olunur, idxal olunan d\ərmanlar o qədər bahalaşdsırılır ki,əhalinin almağa gücü çatmır.Bir müharibə əlili,xəstə adam kimi onu deyə bilərəm ki,bizim dövlət heç vaxt əhalinin sağlamlığının keşiyində dayanmayıb.Ona görə də karantin rejiminin sırf əhalininb sağlamlığı üçün edildiyinə şübhəm var.