Azərbaycan Respublikasında 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 2422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188.950 test aparılib".
Ramin Bayramlı bildirib ki, yoluxma sayının kəskin artması Azərbaycanda koronavirusla bağlı ikinci dalğa təhlükəsinin real olduğunu göstərir. Və artıq bunun müşahidə olunduğunu deyib.
“Yoluxma saylarının artmasını təbii qəbul edirik. Biz sərt karantin rejimindən çıxışda bunu gözləyirdik” - deyə, Ramin Bayramlı bildirib.
“Təəsüflər olsun ki, biz ictimai nəqliyyatda, iş yerlərində, bankların qarşısında və s yerlərdə insanların sosial məsafəni gözləmədiyini və tibbi maska taxmadığını görürük. Bu da yoluxmaların artmasına gətirib çıxarır”, deyə TƏBİB sədri deyib.

Şərhlər
carina sanitary normalara amal etmayan vatandaslara samil edimalidir 65 yasindan yuxari agir urak xastaliyina ducardilar onlara 1saat icaza verimalidir
Bu olen 3 neferin hech birisinde tengnefeslik, ag ciyer patologiyasi yoxdursa, hansi koronovirus olumunden sohbet gedir?
Deməli,karantin səthi aparılır.Əgər karantin düzgün təşkil olunubsa,onda bu yoluxma hardandır?Karantini uzatmaqda hakimiyyətin bir məqsədi var və ona görə də yoluxma rəqəmləri oynadılır.Bu da əhalinin hüquqlarına təhdiddir.