Menu

Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım edib

10.05.2020, 09:18
Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaxalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə rəsmi "İnstagram" səhifəsində paylaşım edib.

"Report" xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol