Menu

Moskvada son gündə koronavirusdan 68 nəfər öldü

15.05.2020, 02:31
Moskvada son gündə koronavirusdan 68 nəfər öldü

Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı 1 358 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, son gündə paytaxtda COVID-19-dan 70-ə yaxın şəxs ölüb.

"Moskvada pnevmaniya diaqnozunun qoyulduğu və koronavirus testinin müsbət nəticə verdiyi 68 pasiyent vəfat etdi", - xəbərdə deyilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol