Menu

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür

15.05.2020, 16:14
65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür

Azərbaycanda 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Şərhlər

Şəkidən Əlosət Ağayev 2020-05-15 18:51:56

O qədər belə vədlər verilib ki, həmin günə çatanda karatin rejimini yenidən dətləşdiriblər. Artıq biz 52-ci gündür ki, qapapalı ev şaraitində yaşamaqdan bezmişik və bu səbəbdən sağlamlığımızı itirmişik. Şəkidən 68 yaşlı ev dustağı Əlosət Ağayev

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol