Menu

İspaniyada koronavirusa yoluxanların sayı 233 mini keçib

22.05.2020, 00:18
İspaniyada koronavirusa yoluxanların sayı 233 mini keçib

İspaniyada 344 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Bununla da COVID-19-a yoluxanların sayı 233 037 nəfərə çatıb.

Qeyd olunub ki, koronavirus səbəbilə ölən insanların sayı 48 nəfər artaraq 27 940-a çatıb

Xatırladaq ki, İspaniyada fövqəladə vəziyyət rejiminin müddəti iyunun 7-dək uzadılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol