Menu

Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO

28.05.2020, 20:55
Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO

Tbilisinin əsas simvollarından olan - televizya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya Azərbaycanın 28 May - Respublika Gününə həsr olunub.

Axşam saatlarından etibarən teleqüllə və şüşəli körpü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.

Aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol