Menu

İranın cənub hissəsində 5,7 maqnitudalı zəlzələ olub

09.06.2020, 22:26

İranın cənub hissəsində 5,7 maqnitudalı zəlzələ olub. "Report" xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Mərkəzi bildirib.

Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 22 kilometr məsafədə, zəlzələ ocağı Şirazdan 239 kilometr məsafədə, 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar yerli vaxtla saat 21:48-də qeydə alınıb. Qeyd edək ki, təxminən 1 saat əvvəl həmin ərazidə 5,1 maqnitudalı ilk zəlzələ olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol