Menu

Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır - Avropa Parlamenti

11.06.2020, 00:35
Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır - Avropa Parlamenti

İlk dəfə olaraq Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə bəyanatı qəbul edilib.

“Report”un məlumatına görə, ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamenti rəsmilərinin belə bir birgə sənədi qəbul edilir.

Sənəddə Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur.

Qeyd edək ki, bu bəyanatın qəbul olunması Nikol Paşinyanın və Ermənistanın ağır məğlubiyyətidir.

Şərhlər

Yusif 2020-06-11 11:26:07

Bu qıtnamə yerinə yetirildikdən sonra məqlubiyyət hesab oluna bilər.Kağız üzərində qələbə olmur!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol