Menu

"Leyla Yunusun sağ qalmağı sual altındadır"- Vəkillərinin bəyanatı

04.10.2014, 11:46
"Leyla Yunusun sağ qalmağı sual altındadır"- Vəkillərinin bəyanatı

Hazırda Bakı istintaq təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunusun vəkilləri bəyanat yayıb.Bəyanatda bldirilir: "Tam məsuliyyətlə bəyan edirik ki, Leyla Yunusun fiziki durumu son həddə çatıb. Soyuq kamerada, isti sudan məhrum olunmuş L.Yunusun səhhəti kəskin şəkildə pisləşib. Keçirilmiş dörd cərrahiyə əməliyyatları öz mənfi fəsadlarını göstərir. Belə olan halda bu ilin sonuna qədər Leyla xanımın sağ qalmağı sual altındadır. L.Yunus möhkəm iradə sahibidir, psixolojı durumu stabildir, yalnız fiziki ağrılar dözülməzdir.

Əqər qəti imkan tədbirini dəyişmək istəyi yoxdursa, heç olmasa L.Yunusu Penitensiar Xidmətinin xəstəxanasına təcili şəkildə yerləşdirmək lazımdır.

Vəkillər:

Xalid Bağırov

Cavad Cavadlı

Fariz Namazlı

Əlaif Həsənov

Elçin Qəmbərov

03 Oktyabr 2014-ci il".

Xatırladaq ki, bir müddət əvvəl vəkillər Leyla Yunusun döyülməsi ilə bağlı məlumat yaymışdı. Ancaq Penitensiar xidmətin rəhbərliyi hüquq müdafiəçisini döyən və saçlarından sütüyən təcridxana əməkdaşının ünvanına ittihamları rədd etdi.

L.Yunus aprelin 30-da həbs olunub. O, dövlətə xəyanətdə, vergidən yaynmaqda və digər cinayətlərdə ittiham olunub.

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol