Menu

BŞİH ReAL-ın təsis qurultayı keçirməklə bağlı müraciətinə cavab verib

17.06.2020, 16:03
BŞİH ReAL-ın təsis qurultayı keçirməklə bağlı müraciətinə cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti Respublikaçı Alternativ Partiyasının (ReAL) təsis qurultayı keçirməklə bağlı müraciətinə cavab verib.

APA-nın məlumatına görə, bu barədə ReAL sədri "Facebook” hesabında paylaşım edib.

Cavabda qeyd edilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 mart 2020-ci il tarixindən respublika ərazisində xüsusi karantin rejimi tətbiq edilib. Bu müddət 1 iyul 2020-ci il tarixədək uzadılıb. Mövcud vəziyyəti nəzərə alaraq, müraciətdə qeyd edilən məsələyə xüsusi karantin rejimi bitdikdən sonra BŞİH tərəfindən yenidən baxıla bilər.

İ. Məmmədov paylaşımında bildirib ki, dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyi, ya da başqa dövlət qurumu ilə qısa müzakirələrə başlamağa çalışacaqlar.

Şərhlər

BAKILI 2020-06-17 16:57:36

Olimpiya stadionu otuz min Real ezi otuz minde Yap dan cagirar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol