Son günlər Azərbaycanda COVID-19 virusuna yoluxanların sayında kəskin artım müşahidə edilir. Aprel ayında tətbiq edilən məhdudlaşdırmalarla yoluxanların sayı 25-ə qədər azalsa da, hazırda statistikada gündəlik yoluxanların sayı 500-ə yaxınlaşır. Hətta yoluxanlar arasında sadə vətəndaşlarla yanaşı, çayxanlarda, küçələrdə toplaşmayan məmurlar, icra başçıları, deputat və eks-deputat, digər vəzifəli şəxslər də var. Və maraqlıdır ki, sonuncular virus mənbəyi hesab edilən ictimai nəqliyyatdan istifadə etməyənlərdi.
Professor, həkim Adil Qeybulla Modern.az-a bildirib ki, yoluxma sayındakı artım qaydalara əməl olunmamasının nəticəsidir:
“Koronavirusa yoluxmanın artım səbəbi küçələrdə, parklarda, Bakı bulvarındadır. Səbəbi başqa yerdə axtarmaq lazım deyil.
Camaat binaların həyətlərində toplaşıb nərd oynayır, çay içir, hamısı da maskasız, sosial məsafə gözləmədən. Bu cür “riayət”dən sonra yoluxma niyə azalsın?! Karantin qaydalarına yumşalmaya gedildikdən sonra insanlar sürətlə bir-birini yoluxdurmaq üçün tam imkan tapdılar. Bugünkü yoluxma potensialı kifayət qədər böyükdür. İndiki yoluxmalar hələ 14 gün əvvəlkilərin nəticələridir. Təsəvvür edin ki, yoluxan şəxs 2 həftə müddətində başqalarını yoluxdurmaqda davam edir”.
Məmur və deputatlara gəldikdə, həkim deyib ki, heç onlar da karantin qaydalarına riayət etmirlər:
“Guya bizim məmurların hamısı yüksək intellektə malikdirlər?! Maska taxıb, sosial məsafə gözləyirlər? Hamısı kefdə-damaqda, əyləncə məclislərindədirlər. Elə ölkədəki çıxılmaz vəziyyəti yaradanlar məmurlardır”.
Həkim qeyd edib ki, hazırda Abşeronda çox yüksək yoluxma potensialı var:
“Rayonlara, eləcə də Bakıya giriş-çıxış bağlıdır. Amma bu qədər insan Lənkərana, Xaçmaza, Nabrana hardan getdi? Kosmosla getdilər? Deməli əyri yollarla gediblər. Və bu cür də karantin elan edirlər. İnfeksiya rayonlara daşınmaqdadır, virusun yayılma arealı genişlənməkdədir. Bununla da vəziyyət daha da pisləşəcək. İndiki karantin sırf formal xarakter daşıyır, heç nəyi yoxlayan, baxan da yoxdur. Kimi aldadırlar bu yalançı qərarlarla?!”.


Şərhlər
metroların işləməsi virus yoluxmasının mənbəidir.Çünki ventilyasiya zəif,atmosferlə əlaqə olmayan nəqliyyatın işləməsi xəstəliyin artımına bir başa yardım deməkdir.Bunu Operativ Qəargahın baş "bilənləri" niyə anlamayıb?İnsanları evdə dustaq halına salıb,infeksiya mənbəinə icazə vermək belə halda cinayət kimi başa düşülməlidir.lünz
Elə həmin icra yalanlarına görə də insanlarda inam yoxdur.
Adil muellim uzr isteyirem, siz bu xestelik baslayandan cox ferqli ferqli aciqlamalar verirsiniz. Menim ucun hemiise maraqli olub. Amma bu gun ictimai neqliyyat esas yoluxma menbeyidir. Siz. Bunu niye demir siz. Parklarda yoluxan her bir nefere qarsi istimai neqliyyatda on nefer yoluxur mence. Nede metro ve avtobuslar hec Kim saxlamir. Niye? Indi metro kime lazimdi?