Menu

Deputatların koronavirus testinin nəticələri açıqlandı

23.06.2020, 12:51
Deputatların koronavirus testinin nəticələri açıqlandı

Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri açıqlanıb.

Testin nəticələri ilə bağlı deputatların və Milli Məclis Aparatının əməkdaşlarının mobil telefonlarına müvafiq bildiriş gəlib.

Məlumatı deputat Tahir Kərimli də təsdiqləyib. O bildirib ki, özünün koronavirus testinin nəticəsi neqativ çıxıb.

Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri ilə bağlı parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən geniş məlumat veriləcək. /“Report"

Şərhlər

BAKILI 2020-06-23 13:45:50

Gezum aydin siz varsiz yoxsuz hec kimi maraqlandirmir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol