Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Toğana yolunun rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı bir nəfər ölüb, 4 nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər