Menu

Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu - 1 nəfər öldü

25.06.2020, 09:55
Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu - 1 nəfər öldü

"Bakı Metropoliteni" QSC-nin 29 əməkdaşı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərdən 6-sı sağalaraq evə buraxılıb, 1 nəfər isə dünyasını dəyişib: "Digər 22 nəfərin isə tibb müəssisələrində müalicəsi davam etdirilir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol