Menu

"Hələ sağam, qarşıda döyüşlər var" - Siyavuş Novruzov

26.06.2020, 17:26
"Hələ sağam, qarşıda döyüşlər var" - Siyavuş Novruzov

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 102 yaşı tamam olur.

Milli Məclisin hərbi xidmət keçmiş bəzi deputatları Modern.az-a özlərinin əsgərlik dövünü xatırlayıb, indki gənclərin daha şanslı olduğunu qeyd ediblər.

Deputat Məşhur Məmmədov əsgərlik dövrünün hər bir kişinin həyatında xüsusi rol oynadığını qeyd edib:

“Rusiyanın Kirov vilayətində hərbi xidmət keçmişəm. Qeyd edim ki, əsgərliyə yeniyetmə kimi gedib kişi olaraq qayıdırıq. Əsgərlik müddətinin içərisində hər şey var. Boşuna “kişilik məktəbi” demirlər. İnsana hər şeyi öyrədir. Nə qədər çətin olsa da, hərbi xidmət dövrü hər bir kişinin həyatında xüsusi rol oynayır. Çox sevinirəm ki, bu gün müstəqil Azərbaycanın güclü ordusu var. Düşünürəm ki, bu gün Azərbaycan ordusunda xidmət etmək daha qürurludur. Çünki öz vətənimizi, torpağımızı qoruyuruq. Mənə elə gəlir ki, indiki gənclərimiz daha şanslıdırlar. Çünki müstəqil Azərbaycan ordusunda hərbi xidmət keçirlər. Bütün gənclərimizə ordumuzda fəxrlə xidmət etməyi və qalib ordunun əsgəri olmağı arzulayıram”.

Deputat Vüqar İsgəndərov da Rusiya ərazisində hərbi xidmət keçmiş deputatlardandır:

“Mən də əsgərlikdə olmuşam. Moskvada hərbi xidmət keçmişəm. Kişi həyatında hərbi xidmət unudulmur. Çox şükürlər olsun ki, bu gün öz ordumuz var. 26 iyun Azərbaycan Silahlı Qüvvələr günü münasibətlə başda Ali Baş Komandan olmaqla, bütün şəxsi heyəti təbrik edirəm. İnşallah gün gələcək, bugünkü ordumuz torpaqlarımızı da işğaldan azad edəcək. Hesab edirəm ki, hər bir kişinin hərbi xidmət keçməsi vacib məsələdir. Hərbi xidmətdən qayıdan insan özünü tam olaraq həyatda tapa bilir. Hərbi xidmət keçən gəncin xarakterini anlamaq daha asan olur. O, artıq formalaşmış gənc kimi geri qayıdır. 102 yaşlı ordumuzu ürəkdən təbrik edirəm. Hər zaman ordumuza zirvələrdə olmağı arzulayıram”.

Deputat Tural Gəncəliyev ehtiyatda olan zabit kimi fikirlərini bu cür ifadə edib:

“Bakı Dövlət Universitetini bitirəndən sonra ehtiyatda olan zabitlər üçün kurs təşkil edildi. Həmin kursların toplantılarında iştirak etmişəm. O da hərbi xidməti əvəz edir. 26 iyun tarixi ilə bağlı onu deyə bilərəm ki, ordumuz bizim qürur yerimizdir. Bu gün Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində diplomatik çözüm yolları axtarılır. Konstruktiv mühitə uyğun olaraq danışıqlar davam etdirilir. Müstəqil ordumuz arxamızda enerji və gücdür. Ordumuz 1918-1920-ci illərdə öz gücünü göstərərək, Dağlıq Qarabağdakı terrorçu və daşnak qüvvələrini təmizlədi. Vaxt gələcək bugünkü ordumuz da öz gücünü göstərəcək. Biz buna əminik”.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov daha əvvəllər Modern.az-a müsahibəsində keçmiş SSRİ ordusunun tərkibində Əfqanıstan müharibəsində iştirak etdiyini deyib. Həmçinin bildirib ki, Qarabağ müharibəsinin də veteranıdır:

“Bu haqda geniş danışmayacağam. Bilirsiniz, bəzi adamlar var ki, eləmədiyi hərəkətlərə görə öyünürlər. Özlərini millətə o cür təqdim edirlər. Mən indi danışmaq istəmirəm. Gələcəkdə yazarlar, o başqa məsələ. Hələ sağam, qarşıda döyüşlər var. Bircə onu deyə bilərəm ki bugünkü gündə də sabah deputat mandatını yerə qoyub döyüş bölgəsinə birbaşa getməyə hazıram”.

Şərhlər

raul 2020-06-27 14:31:51

Allah sefa versin.amma mene ele gelir ki;ulgucu reklam etdi az qazanc oldu.Ancaq virus reklaminda pul coxdur. Hami qazanirsa Behram niye qazanmassin/

ejder 2020-06-27 00:08:02

AYE SEN HARA,DAVA HARA,NIYY,....

elxan 2020-06-26 22:22:40

Xəzər rayon Əfqanistan müharibə Veteranları cəmiyətinin sədri Tahir bəy bu son 10 il rzində Siyavuşdan cəmiyətin yerlşməsi ücün bir otaqla təmin olunmalarını xahiş etsə də rədd cavabı alıb. Bu necə əfqan döyüşcüsüdü ....

elxan 2020-06-26 22:20:10

....nəsə ürəyinə damıb

Shushali 2020-06-26 21:09:27

Siyavush Novruzov 1969-cu ilde anadan olubsa Evqan muharibesinde nece ishtirak edib, Qarabag muharibesinde ise onun hec bir ishtiraki yoxdur,..Danishanda fikirleshib danishmaq lazimdir,

kələntər 2020-06-26 20:55:52

SəyAvuş məllim müxalifətnən döyüşə hazırlaşır.Nə əcəb buna general rütbəsi verməyiblər?

Vasif 2020-06-26 20:17:35

Siyavuşun başqa xasiyyətləi lə işim yoxdur, ancaq bilmirsən ciddi danışır ya zarafat edir....

BAKILI 2020-06-26 19:57:39

Men hele sagam...

Xalq 2020-06-26 19:29:30

əsgərliyə getməyənlərə nə demək olar?

Aydın 2020-06-26 19:12:09

yenə erməni ilə döyüşə hazırlaşır, yoxsa?

Adil 2020-06-26 18:28:57

Maraqlidi Siyavush kimlernen dôyûshecek ?

S.Novruzova. 2020-06-26 18:25:59

Sən əsgərlikə olmusan?Nə vaxt,harada? İnanan daşa dönsün ki.sən müharibəyə gedərsən.

t.ədalət 2020-06-26 17:52:28

Səyəvuş müəllimin yaxasından rus qoxusu gəlir.Bəlkə həmin orden və medalları zibil qutusuna atılmasının vaxtı çatıb?ermənilərin də yaxasında gəzdirdiyi həmin orden və medallar günümüzə gölgə gətirən gərəksiz töküntülər deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol