Koronavirusla mübarizədə cərimələri artırmaqla nəyəsə nail ola bilməyəcəyik. Ona görə ocaqlarda - supermarketlərdə, apteklərdə və ictimai nəqliyyatda (metro və avtobus) nəzarət tədbirləri gücləndirilməlidir.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Komitə sədri deyib ki, Operativ Qərargah təcili alternativ yollar barədə düşünməlidir:
“Qaydalara nəzarəti gücləndirməsək, cəriməni 10 qat artırsaq da, nəticəsi olmayacaq. Hər gün deyirik “maska taxın, məsafə saxlayın!”, bunlara əməl olunmursa, nəzarəti gücləndirməliyik. Hər yoluxma artdıqca, cəriməni qaldırmaqla bir nəticə əldə edə bilməyəcəyik. Operativ Qərargah alternativ yollar düşünməli və bunu ictimaiyyətə təlqin etməlidir. Yoxsa 2-3 aydır eyni şeyləri deyirik, eyni şeyləri eşidirik”.
M.Quliyev qeyd edib ki, Operativ Qərargah ölkədə fəaliyyət göstərən market şəbəkələrinin rəhbərliyilə müzakirələr aparmalıdır:
“Onların sayı elə də çox deyil. “Bravo”, “Bolmart”, “Araz”, “Rahat”, “Bazarstore”, “Oba” və s.-nin rəhbərlərilə birlikdə brifinq keçirmək və vəziyyəti izah etmək olar. Ciddi tapşırıq verilməlidir ki, heç kəs supermarketlərə maskasız daxil olmasın. Xüsusilə də öz işçiləri maskasız xidmət göstərməsinlər. Mən öz müşahidələrimə əsasən deyirəm ki, aptek və market işçiləri ya maska taxmır, ya da maska çənənin altındaykən xidmət göstərirlər. Bunlar koronavirusun yayılma ocaqlarıdır”.
Parlamentari onlayn xidmətin artırılmasını təklif edib:
“Epidemiyanın 15-20 günə bitəcəyinə kimsə qarantiya vermir. Ona görə də onlayn sifarişləri artırmaq lazımdır. Lap xidmətin üzərinə də 3-5 faiz qoya bilərlər. Yaxud vətəndaş marketə lazım olan ərzaqların sifarişini verir və o mağazaya gedənə kimi onun sifarişləri hazırlanır. Onlayn ödəmə yaxud kassada ödənişlə ərzaqlarını götürüb çıxır. Bununla da sosial məsafəni kifayət qədər azaltmış olarıq”.
Apteklərə gəlincə, deputat bildirib ki, viruslu xəstələrin ən çox müraciət etdiyi yer buradır:
“Aptekə gedənlər əsasən, xəstələrdir və dərman üçün buraya daxil olurlar. Onların arasında virusun daşıyıcıları, assimptomatik olanlar var. Hansı ki, bilmədən hər birimiz onunla ünsiyyətdə ola bilərik. Yaxşı olar ki, apteklər pəncərədən işləsinlər. Onsuz da yaydır, hava da istidir, aptekin qarşısında ara məsafəsi gözləməklə növbə saxlamaq olar. Yəni təklif edirəm ki, satış aptekin pəncərəsindən həyata keçirilsin.
Bundan başqa, metro və avtobus nəqliyyatının hər birinə bir nəzarətçi qoyulur, yaxud qeyri-hökumət təşkilatlarından kimsə könüllü şəkildə xidmət göstərir. Avtobusda maskasız sərnişin olduğu halda, hərəkət etmir”.


Şərhlər
Maskalar pulsuz paylanmalı,insanlar ZƏRURİ EHTİYACLARINI təmin etmək ücün DÖVLƏT MADDİ yardım ğöstərməli,insanlar rahat olmalıdır.Bu vaxt yoluxma olmayacaq.
telif butun boyuk marketler ve bazarlar baglanmali,mehelledeki meyve veerzaq dukanlari ishlemeli,bir hefteye neticesini gorerik.
Hörmətli Musa müəllim, əsas yoluxma avtobuslarda baş verir. Siz heç avtobusdan istifadə etmisiniz? Sonuncu dəfə nə vaxt avtobusa minmisi9niz. Zəhmət olmasa, monitorinq keçirdin. Avtobusların sayını bilərəkdən azaldıblar. Pik vaxtlarda sıxlıqdan camaat biri birinin ağına yapəşırlar. Bunu aradan götürün. Araşdırın ki hansı səbəbdən karantin dövründə 3-4 ay bundan əvvələ nisbətən avtobusların sayını azaldıblar. Bələ bu da bir təxribatdır?! Oturub Milli Məclisdə danışırsınız. Nə vaxt küçəyə çıxacaqsınız?
Muellim duz danisir, amma nese tam deye bilmir. Avtobusu ve metro tam baglansa ve birde siz deyen yerlere nezaret guclense yoluxma defelerle azadar. Bulvar ve parklarda yoluxma olmur, olsada cuzi
Allah evinitiksin,Oerativ Qərərgah hansı təceübə və ixtisasla yeni planlar barədə düşünə biər? Bəs bu nəticəsiz qərarlar üçün kim məsuliyyət daşıyır?İnsanların taleini TƏBİBƏ etibar etmə cinayət deyil?Hanı ölkənin Səhiyyə Nazirliyi?
Cərimə artırmaqla,insanları günahlandırmaqla bu məsələ həll olunmaz.Hökumət nə etdiyini düşünməlidir.Səhiyyə özbaşına buraxılmış,dərman bazası oliqarxların ixtiyarına verilmiş.nəzrət sistemi pozulmuş,məsuliyyət hissindən uzaq şəxslərin idarəçiliyə gətirilməsinin qarşısı alınmalıdır.Hökumət onsuz da Şirəliyev idarəçiliyində dağıdılmış səhiyyəni düzəltməli,ixəstələri dərman basitələri ilə xəstəxanalarda pulsuz təmin etməli.xəstələrə doma xidmət göstərməli,bir ağıllı pıan üzrə hərəkət etmək əvəzinə insanları lazımsız məhdudiyyətlərə məcbur edib məsuliyyətdən qaşmaq,yanlış olduğunu anlamalıdır.kutiös