Ölkənin koronavirus pandemiyası ilə mübarizə apardığı zamanda Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistlərin suallarını cavabsız qoyur.
Unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb.
İ.Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:
“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.


Şərhlər
Siyasətçi dərman yazır, hökumət paylayır, İinfeksionist~ yozur, epidomoloqa söz qalmır.
Döyüş aparan ordunun polkovniki gedib rayonda oturar? Bu necə nazirlikdir? Millət deyəsən ancaq Allahın ümidinədir!
Guya indiki bas epidemoloq celal eliyev bize duz emelli ne fikir dedi ki buda nese deye.bir gun dedi aciq havada olmaq meslehetdi seheri dedi men ele soz dememisem
Kefdədir orada. Hardasa villada oturub 1-2 hektar da bağı şellənir
Brindən soruşurlar AQILLINIZ kimdir deyir QABAQDA GEDƏN İPLƏMƏ.
O necə rayona gedə bilib? Axı Bakıdan giriş-çıxış bağlıdır.İkili standart? Biz Avropa Şurasını günahlandırırıq ki,ikili standarta yol verilir.Bəll olur ki,elə ikili standart Azərbaycandadır.
Adam kûsûb )))