Menu

Kürün qurumasının daha bir fəsadı - VİDEO

02.07.2020, 19:35
Kürün qurumasının daha bir fəsadı - VİDEO

Son vaxtlar Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin minimum həddən aşağı düşməsi sahilboyu quraşdırılmış su nasoslarınada öz təsirini göstərib. Bu üzdən su nasosları tam gücü ilə işləyə bilmir.

Kür çayının aşağı axınında, xüsusi ilə Salyan rayonu ərazisindən keçən hissəsində vəziyyət heç də ürəkaçan deyil. Son günlər çayda suyun səviyyəsi azalaraq elə həddə çatıb ki, Kür sanki bir su kanalını xatırladır.

Bir tərəfdən, suyun azlığı, digər tərəfdən də, çayda adaların əmələ gəlməsi su nasoslarının da tam gücü ilə işləməsinə öz təsirini göstərir. Əkin sahələrinin suvarılması üçün 11 082 kilometr uzunluğunda suvarma kanalından istifadə olunur.

Əkin sahələrinin vaxtında suvarılması üçün su nasoslarının əksər hissəsində yenidən təmir işləri aparılıb.

Rayonun yeni Muğan və Qarabağlı nasos stansiyalarında boruların quraşdırılmasına baxmayaraq, hündürlükdə yerləşdiyindən nasosların su götürmək qabiliyyəti daha da azalıb.

Bütün bu çətinliklərə baxmayaraq, Salyanda vəziyyətdən çıxmq üçün bütün imkanlardan istifadə edilir. Qabaqlayıcı tədbirlərin görülməsi hesabına kənd təsərrüfatı bitkilərinin suvarılmasında tələb olunan suyun verilməsinə səy göstərilir.

Şərhlər

Xalq 2020-07-03 13:19:08

Şlüz qurmaq lazımdır Xəzər dənizi ilə Kürün qovuşduğu yerdə. Onda Xəzər dənizi Kürə axmaz, həm də istənilən vaxt şlüzü açıb Kürün suyunu Xəzərə axıtmaq olar.

Valeh 2020-07-03 08:12:33

Burda Əhmədzadənin,R.Mehtiyevin nə əlaqəsi.Kuru onlar qurud.

t.ədalət 2020-07-02 22:13:13

Əhməd Əhmədzadə Ramiz Mehdiyevin çox yaxın adamıdır.Görünür,Əhmədzadənin əli ilə R.Mehdiyev hakimiyyətə "qulaqburması" vermək istəyir.Kürün yatağının quruması düşünülmüş təxribat hadisəsidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol