Menu

ABŞ yenidən sərt karantinə qayıdır – Gündəlik yoluxma ilk dəfə 50 mini ötdü

02.07.2020, 18:26
ABŞ yenidən sərt karantinə qayıdır – Gündəlik yoluxma ilk dəfə 50 mini ötdü

Dünya Səhiyyə Təşkilatı (DST) koronavirus pandemiyasının sürətlənməsi barədə daha bir xəbərdarlıq edib. İyulun 1-də Birləşmiş Ştatlarda gündəlik yoluxmalar ilk dəfə olaraq 50 mini keçib.

“AzPolitika.info” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, DST-nın məlumatına görə, son həftəərzində dünya üzrə yoluxmalar ən yüksək həddəçatıb. Qurum rəhbəri Tedros Adhanom Qebreyesus hər gün yoluxanların 160 mini keçdiyini deyib.

ABŞ-da son 24 saat ərzində 52 mindən çox yoluxmanın təsdiqlənməsi rəsmiləri təkrar acılımla bağlı qərarları geri götürməyə məcbur edir. Xüsusilə cənub və qərb ştatlarında restoranlar, barlar, çimərliklər yenidən bağlanır. Həftəsonuna düşən 4 iyul bayramıərəfəsində bu qərar əhalini məyus edib.

Artıq Prezident Donald Trampın maska taxmaqla bağlı mövqeyində dəyişiklik hiss olunur. 

“Mən maska tərəfdarıyam. Məncə, maska yaxşışeydir. Adamlar mənim maska taxdığımı görüblər”,– Tramp “Fox Business”ə müsahibəsində deyib. İndiyədək prezident maskaya qarşıçıxdığına görə tənqid olunurdu.

Texas da Florida və Kaliforniya ştatlarına qoşularaq çimərlikləri bağlamağa başlayıb. Bəzi ştatlar bayramqabağı ziyarətçilər üçün 14 günlük karantin tətbiq ediblər. “Apple” şirkəti iyulun 2-dən ABŞ-da daha 30 mağazasını bağlayacağını elan edib. Onların yarısı Kaliforniyada yerləşir.

Hətta pandemiyanın cilovlandığı görünən ştatlar belə təkrar açılım planlarını təxirə salırlar. Məsələn, Nyu York şəhərində restoranların içində nahar etməyin bərpası təxirə salınır. Mer Bill de Blasio buna cənubda və qərbdə yoluxmaların kəskin artmasıyla izah edib.

İndiyədək ABŞ-da koronavirusa 2,7 milyon nəfərin yoluxduğu təsdiqlənib, 128 min nəfər vəfat edib.

İkinci yerdə gələn Braziliyada ölü sayı 60 mini, Meksikada 28 min 500-ü keçib.

Pan Amerika Səhiyyə Təşkilatı bildirib ki, daha sərt ictimai sağlıq tədbirləri görülməsə, oktyabradək Latın Amerikası və Karibdəölü sayı 400 mini keçə bilər.

Avropa Birliyi 15 ölkədən ziyarətçilər üçün sərhədlərini açıb. ABŞ, Braziliya və Rusiya bu siyahıda yoxdur. Avstraliyanın Melburn şəhərində yoluxmalarda kəskin artım evdə qalmaq göstərişini yenidən qüvvəyə mindirib. Fələstin hakimiyyəti isə Qərb sahildə beşgünlük karantin elan edib.

Şərhlər

Eko 2020-07-02 22:09:53

Amerikanin pilu coxdu ))

Ali 2020-07-02 20:01:40

Ay cənab redaktor! ingiliscə PUBLİC HEALTH sizin tərcümə etdiyiniz ictimai sağlıq yox, SƏHİYYƏ-dir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol