Menu

Bakının ayrı-ayrı ərazilərini üfunət iyi bürüdü - ETSN-dən açıqlama (Yenilənib)

06.07.2020, 23:38
Bakının ayrı-ayrı ərazilərini üfunət iyi bürüdü - ETSN-dən açıqlama (Yenilənib)

Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iyin - qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

Bunu "Report"a açıqlamasında ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

İy - qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.

O, qeyd edib ki, mütəxəssislər tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.

***

Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb. "Report"un xəbərinə görə, pis qoxu paytaxtın Binəqədi rayonunda daha çox hiss olunur.

Eyni zamanda üfunət iyi Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

Hazırda atmosfer qatında mövcud olan qoxunun səbəbləri məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol verilən qatılıq həddini keçib. Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək. 

Şərhlər

mikrorayon 2020-07-07 11:14:22

Zibillər vaxtında daçınmır.Buna isə nəzarət edən tapılmır.Bu əsas səbəbdir. Həftədə.4-5 gündən bir zibil daşınır.

agasefqadirov@gmail.com 2020-07-07 10:33:33

Derneğul yolu pis günde idi

Sakin 2020-07-07 10:28:37

Nerimanovda da dehsetli qoxu vardi

Adil 2020-07-07 09:42:37

Adamlarda evde ,,, neteri olacaq yauuu,,,,

Kolxozdar 2020-07-06 23:46:42

Bu qazlar boğur. Üfunət isə yer çirkabı və axarı olmayan kanalizlərdən gəlir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol