İTKİ VERƏN DÜŞMƏN GERİ OTUZDURULUB... - Şəhidlərimiz var + VİDEO (Yenilənib)

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən "Report"a verilıən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

***

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.

635x100

Şərhlər

.EJDER 2020-07-12 22:58:59

HAYDI IRELI AZEBIJAN ESGERI,YA ALLAH

Hidayət 2020-07-12 19:53:16

Boşuna lovğalanmaq yox,heç olmasa indi güc nümayiş etdirib QArabağ məsələsinin həllinə başklamaq üçün ən əlverişli zamandır.

Rəsmiyyə 2020-07-12 19:43:44

Allah şəhidlərə rəhmət, əsgərlərə qüvvət versin. AMİN

Rasim quliyev 2020-07-12 18:21:31

Emeliyyat şeraitine nezaret edirik.Tepenize deydin camaat yene eziyyetle böyütdüyü uşağı basdıracaq.Kimsede rahat yatacaq yerinde.Bu qeder herbi silah almısız vurunda herbı hisselerinden biriini.

Aslan Kənan 2020-07-12 18:07:15

Məqamdır, hər tərəfli hücum zamanıdır. Bu alçaqları susdurmasaq yenə də yerlərində dinc oturmayacaq. Torpaqlarımızın alma zamanı yetişdi. Artıq heç kimin xahişinə yalvarmasına baxmaqolmaz. Bu cinayətdir.

Vusal Əlimirzəyev 2020-07-12 18:00:20

Hörmətli Ali Baş Komandan Əmir ver bu erməni dığalarını suriyaya kimi qovaü!!!!

Şaiq 2020-07-12 16:59:02

ƏZİZLƏRİM CƏSUR VƏ QORXMAZ OLUN. XALQIMIZ HƏR AN SİZİNLƏDİR. UĞURLAR. SİZLƏRƏ...MARŞ IRƏLİ AZƏRBAYCANIN QORXMAZ VƏ QÜDRƏTLİ ƏSGƏRİ.

Türk 2020-07-12 16:49:41

QARABAĞA HÜCUM ETMƏK LAZIMDIR. YOXSA DÜŞMƏN BAŞQA ƏRAZİLƏRİMİZİ DƏ ALACAQ

t.ədalət 2020-07-12 16:46:18

Bu döyüşün səbəbkarı Rusiyadır.ermənistanda Rusiyanın əleyhinə təşkil olunan iğtişaşlar Rusiyanı pələsəng edib.Rusiya çalışır ki,iki respublika arasında münasibətlər durulmasın.Buna görə də bizim sərhədləri erməni adı altında atəşə tutur.Tanrı bəlasını versin!

Son yazılar