Gürcüstanda koronavirusa yoluxanların sayı 995-ə çatdı

Gürcüstanda son sutkada daha 9 nəfərin koronavirusa yoluxması müəyyənləşib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19 virus infeksiyasına yoluxanların ümumi sayı 995-ə çatıb. Onların 857-i müalicə olunaraq ağalıb, 15-i isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 5 001, stasionar nəzarətdə isə 219 nəfər saxlanılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar