Azərbaycan Respublikası Milli Məclisinin Aparatı məlumat yayıb.
Məlumatda deyilir ki, ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb.
Açıqlamada qeyd edilib ki, yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin Sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub:
"Azərbaycan Respublikasının Milli Məclisi olaraq xalqımıza, dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə dövlətin ali qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir.
Bu gün Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyini diqqətə çatdırırıq.
Azərbaycan Respublikası Milli Məclisi olaraq bildiririk ki, xalqımız, dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan Ordumuzun, döyüşlərdə şəhid olan hərbçilərimizin və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıyırıq".


Şərhlər
CƏBHƏDƏ AĞIR DÖYÜŞLƏR GETDİYİ BİR VAXTDA RESPUBLİKANIN HƏR HANSI BİR BÖLCƏSİNDƏ İXTİŞAŞ TÖRƏTMƏK,DÖVLƏT ORQANLARININ İŞİNƏ MANE OLMAQ VƏTƏNƏ XƏYANƏTDİR ƏN AĞIR CƏZAYA LAYİQDİR.BƏZİ İNSANLARIMIZIN SAVADSIZLIĞI 90-CI İLLƏRDƏ BAŞIMIZA NƏ GƏTİRDİ YADDAN ÇIXARTMAYAQ.DÜŞMƏNLƏRİMİZİN DƏRMANINA SU TÖKMƏYƏK.DÜŞMƏN MƏKRLİDİR,HİYLƏCƏRDİR,AMANSIZDIR.
MİLLİ MƏCLİSƏ GİRƏNLƏRİN MƏQSƏDİNİN NƏ OLMASINDAN ASILI OLMAYARAQ ETDİKLƏRİ HƏRƏKƏT SƏHF VƏ YOLVERİLMƏZDİR, QINAYIRAM. ŞƏHİDLƏRİMİZİN RUHUNA, ermənilərlə VURUŞAN OĞULLARA QARŞI HÖRMƏTSİZLİKDİR. MÜTƏLLİBOVUN İSTEFASINA, MÜSTƏQİLLİYİMİZƏ SƏS VERMƏk istəməyib qaçmaq istəyən deputatları ŞİLLƏ TƏPİKIƏ İÇƏRİ QAYTARAN TƏQRİBƏN 10 NƏFƏRDƏN BİRİYƏM. HƏTTA O BAXT BİZ İÇƏRİ DAXİL OLMADIQ. BİZİM QARŞIMIZI KƏSƏCƏK QÜVVƏ OIMADIĞI HALDA. 5 - cı kolonun dəyirmanına su tökməyin. RİCA EDİRƏM TƏMKİNLİ OLUN.
MÜHARİBƏ ŞƏRATİNDƏ BELƏ HALA YOL VERMƏK OLMAZ.
Milli məclis Tovuz istiqamətində gedən hadisələrə niyə ndiyə kimi münasibət bildrməyib və xarici dövlətlərin parlamentləinə müraciət etməyib? Bəlkə elə dünənki hadisələrin səbəbi bu olub?