Menu

ABŞ kəşfiyyat peykli raket buraxıb - Son 3 ildə ilk dəfə

16.07.2020, 00:08
ABŞ kəşfiyyat peykli raket buraxıb - Son 3 ildə ilk dəfə

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsi üçün orbitə 4 peyk çıxarmaq üzrə məxfi missiya uğurla reallaşdırılıb.

Peyklər Vallas kosmodromundan (Virciniya ştatı) orbitə quru yanacaqla işləyən «Minotaur-4» daşıyıcı raketilə Bakı vaxtilə saat 16:46-da buraxılıb.

«Space Flight Now» portalının yayımında yalnız raketin atışından sonrakı ilk 2 dəqiqəni göstərməyə icazə verilib.

Qeyd olunur ki, kəşfiyyat peyklərinin buraxılması ABŞ üçün son 3 ildə ilk olub. PH Minotaur raketinin ilk startı 2017-ci ilin avqustunda Kanaveral burnundan baş tutub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol