"İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram”,- deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar".
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir. Bir daha xatırladır ki, hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən tam təmin edilir. Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər", - məlumatda qeyd olunub.

Şərhlər
Könülü döyüşde iştirak etmek isteyirem
Vəziyyətdən istifadə edib Səfər Əbiyevin istefada olan zabitləri də özlərini səfərbərlik kompaniyasına qatmaq istəyirlər.Həmin zabitlər,vaxtı ilə korpus və briqada komandirləri olmuş adamlar cəbhə xəttində böyük itkilər və əsgər əmlaklarının talançılığı ilə yadda qalıblar.Ayıq olmaq,onların məqsədlərinə-yenidən köhnə əməllərinə çatmalarına,yəni əsgəri itkilər və dövlət əmlakını talamalarına imkan vermək olmaz.Onlar indi kiv vasitəsi ilə çıxışlar edir,xalqın kövrək hislərindən şəxsi maraqları üçün yararlanmaq istəyirlər.
Vətənimizi qorumaq üçün hamımız cavalarımız,yaşlılarımız hamımız getməliyik düşmənlərimizlə ölüm-dirim savaşına. 10 milyonuq. Əslində 70 milyonuq. Olmasın bir milyonumuz. Düşmənlərimizi torpaqqlarımızdan çıxaraq. Rus erməniyə kömək etsə ona qarşı da vuruşaq. Rusa da güllə girir. Ona görə qorxmamalıyıq. Artıq Rusiya əvvəlki deyil. Dünyada yeni güclər yeni proseslər gedir. Biz düşmənə qarşı vuruşsaq bizi tək qoymayacaqlar. Əsasən də Türkiyə.
"Beşinci kolon"-Rusiya casusları görsün ki,Azərbaycan heç vaxt Rusiyanın köləsi olmayacaq!Kölə,ancaq Rusiya xidmət edənlər,Vətənin müstəqilliyinə əngəl olmağa çalışanlar olacaq.Zaman Rusiyanın planlarına qarşıdır!Çoxları Rusiyanın sevdası ilə məhv olacaqlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında elektron müraciət (işə girmək istisna olmaqla )etmək üçün texniki imkan yoxdur.Müraciət üçün gərək hərbi komisarlığa gedəsən.Təcili elektron müraciət üçün texniki imkan yaradılmalıdır.