Menu

Türkiyə qərarını verdi - "Bizim üçün İŞİD ilə PKK eynidir"

06.10.2014, 23:06
Türkiyə qərarını verdi - "Bizim üçün İŞİD ilə PKK eynidir"

Bizi PKK ilə IŞİD arasında bir seçim etməyə məcbur edirlər. Bizim üçün hər ikisi eynidir.

SalamNews-un “İhlas” xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Enerji və təbii ehtiyyatlar naziri Taner Yıldız bəyan edib.

“Dünyanın bir qisim ölkələri bizi PKK ilə IŞİD arasında bir seçim etməyə məcbur edirlər. Bizim üçün IŞİD və PKK eynidir. Hamısı insanlığı hədəf almış kütlələrdir. Onun üçün bunlar arasında seçim edə bilmərik. Bu ölkənin həm siyasi sabitliyini, həm də beynəlxalq etibarını zədələmək məqsədi ilə edilir. Ona görə bizim belə bir oyunun içinə düşməmiz mümkün deyil” deyə nazir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol