Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı dünyasını dəyişib.
“Report” xəbər verir ki, DİM sədrinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olan qızı Nigar Abbaszadə qəfildən vəfat edib.
Hadisə Şamaxının Çuxuryurd kəndində yerləşən evdə baş verib. N.Abbaszadənin beyninə qan sızmasından vəfat etdiyi ehtimal olunur.
Xatırladaq ki, 44 yaşlı N.Abbaszadə 2016-cı ildən ADPU-nun prorektoru vəzifəsində çalışırdı. Daha əvvəl isə Müəllimlər İnstitutunun prorektoru olub.
Mərhumun 7 yaşlı oğlu və ondan yaşca kiçik qızı var. O, xalq yazıçısı Hüseyn Abbaszadənin hazırda ABŞ-da yaşayan oğlu İlqar Abbaszadənin qızıdır.

***
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib.
Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib.
Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir.




Şərhlər
ALLAH RƏHMƏT ELƏSİN.
Allah rəhmət etsin.Məleykə xanım gözəl insandır,o korrupsiyaya bulaşmamış tək məmurumuzdur.Allah səbir versin və heç bir valideynə bala dağı göstərməsin.
Meleyke xanim bu xalgin en layigli ziyalilarindandir, chox prinsipal ve temiz buroktatdir. Boyuk neslin numayendesidir. Bashiniz saq olsun Meleyke xanim.
Allah rəhmət etsin! ..
Allah rehmet elesin. Amma, bir sual chixir ortaliga, bu karantin dovrunde nece gedib Chuxuryurda? Niye memurlarin dincelmeye, bakidan chixmaga icazesi var, amma kleyonka paltarda 12 saatlarla ishleyen, mitili chixmish hekime 1 hefte istirahet verilmir, bakini terk etmeye icaze verilmir? Demeli karantin, sadece kasiblari eve soxmaq uchundur. Bu de daha bir fakt
Allah rehmet elesin.allah heckese ovlad acisi yasatmasin
Allah rəhmət eləsin!
Allah rəhmət eləsin. Allah heç bir valideynə övlad acısı yaşatmasın