Menu

İpoteka və Kredit Zəmanət Fondu 2 investisiya şirkətinə 50 min manat ödəyəcək

20.07.2020, 09:46
İpoteka və Kredit Zəmanət Fondu 2 investisiya şirkətinə 50 min manat ödəyəcək

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi (1), eləcə də qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi (2) üzrə elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "BTB Kapital İnvestisiya Şirkəti" ASC və “İnvest-Az İnvestisiya Şirkəti" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 10 min manat və 40 min manat, ümumilikdə 50 min manat ödəniləcək.

Şərhlər

Rail 2020-07-20 11:46:52

Bu qurub tam, fealiyyetsiz. Aglina gelen kimi fealiyyet gosteren menasiz bir qurumdur. Bos sohbetdir ne 4 faiz kredit goturmek olur ne birsey. Min manat emek haqqina paltaryuyan masin deyerinde kredit ayrilir. Ozude pul yuyan masin funksiyasini yerine yetirir.bu qurumun fealiyyeti arasdirilmalidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol